ATV telekanalının ən iri və ən iddialı layihələrindən biri olan “Kəlmə-kəlməyə” meyxana şousu efir həyatına start verir.
OLAY yazır ki, noyabrın 22-də yayımlanmağa başlayacaq veriliş artıq böyük maraqla qarşılanıb. Aparıcılığını şoumen Elcan Rəsulovun edəcəyi layihənin şərhçiləri “De gəlsin” layihəsinin ilk aparıcısı Emin Əfəndi, meyxana ustadı Mehman Əhmədlidir.
Layihədə 16 tanınmış meyxana ustadı hər biri müxtəlif mərhələlərdə söz duellərinə çıxaraq öz məharətini nümayiş etdirəcək.
Qeyd edək ki, layihə hər şənbə günü saat 22:00-da ATV-də canlı yayımlanacaq.