TV proqram
TV proqram

“Səviyyədən və sənətdən uzaq ifaçılar indi meydan oxuyurlar”

“Səviyyədən və sənətdən uzaq ifaçılar indi meydan oxuyurlar”

“İndi səviyyədən, mədəniyyətdən, sənətdən uzaq ifaçılar, mahnılar daha çoxdur və dəbdədir. Demək olar ki, onlar ortada dayanıb, meydan oxuyurlar. Deyirsiniz ki, bunları görüb, inciyib sənətdən gedirik. Bu məqamlarda hardasa var… Amma heç yerə getmirik, sadəcə ruhdan düşürük”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Səbinə Babayeva qonaq olduğu “Afaqla 10lar” verilişində deyib.

Sənətçi bildirib ki, onun qazancı həmkarları kimi toylardan deyil:

“İstərdim ki, o səhnədə oxuyum ki, mənim kimi əsl sənəti olan 30-40 estrada ifaçısı ilə sağlam rəqabət aparım. Məsələn mən toylardan qazanan ifaçılardan deyiləm. İstərdim ki, məndə toy oxumağı bacarım. Amma bacarmıram. Milli və toy mahnılarını bilirəm amma bütöv toyu aparmaq o ayrı bir sənətdir. Biz estrada ifaçıları da haradansa pul qazanmalıyıq. Biz qazanırıq hansısa tədbirlərdən, korporativlərdən”.