Küsülü olan müğənnilər Mətanət Əsədova və Manaf Ağayev birgə efirə çıxıb.
OLAY yazır ki, onlar “Tarixin bir günü” verilişində qonaq olublar. Mətanət deyib ki, hələ Manafla barışmayıb:
“Hələ onunla barışmamışam. Könlüm almalıdır. Özü bilir necə ala bilər. Çünki adam qarşılamağını, dost yolunda etdiyi hərəkətləri bilirəm. O elə bil hərəkət etməlidir ki, ondan ürəyim açılsın. İncimişəm. Özü də bilir ki, yanında milyon oxuyan olsa, ondan o ruhu ala bilməz, oxuya bilsə, qulağımı kəsərəm. Zarafatını, mimikasını kənardan tutan mənəm. Darıxırdı, ürəyi partlayırdı, ölürdü, boynuna alsın. Nadir Qafarzadənin balasının toyunda Ağayevin həyat yoldaşı Fərqanə xanımı gördüm, bizim masaya əyləşdirdim, özü də gəldi onun yanında oturdu. Mən o xanımı salamlayıram, bağrıma basıram, çox mehriban xanımdır, dözümlüdür. Biz düşmən deyilik, bir-birimizin balasını öldürməmişik, çörəyini almamışıq, sözdür deyilib. Amma mən efirə çıxandan “Ağayev” deyib qışqırmışam”.