Əməkdar artist Elza Seyidcahan qalmaqal yaşadığı mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb.
OLAY yazır ki, sənətçi bu haqda qonaq olduğu “Afaqla 10lar” verilişində danışıb.
Seyidcahan bildirib ki, Quliyeva onu təhqir etsə də lakin o Xalq artistini məhkəməyə verməyib:
“Bu günə qədər mən çox adamı məhkəməyə verə bilərdim. Başda mərhum Xalq artisti İlhamə Quliyeva. Amma onu məhkəməyə vermədim. Çünki xanımlar xanımı İlhamə xanımının sənətinin qarşısında baş əymişəm və böyüklüyünə hörmət etmişəm. İlhamə xanım sağlığında məni təhqir etmişdi. Amma onu sağlığında cavabını verən yeganə mən olmuşam”.