TV proqram
TV proqram

“Qadın ağlayıb ki, qatar Dilarəni vuracaqdı…”

“Qadın ağlayıb ki, qatar Dilarəni vuracaqdı…”

Əməkdar artist Dilarə Əliyeva Vyetnam səfərində başına gələn hadisədən söz açıb.

OLAY yazır ki, sənətçi bu haqda qonaq olduğu “İncə səhər” verilişində danışıb.

Aktrisa bildirib ki, vyetnamlı qadın onu qatar yolundan uzaqlaşdırdıqdan sonra ağlayıb:

“Həmin vyetnamlı qadın anamın obrazını canlandırdı – “Öl öldüyün yerdə... Hara axı girirsən...” (gülür). Əgər həmin videonu diqqətlə izləsəniz görərsiniz ki, mən dayandığım yeri qatar görür. Təbii ki, o vyetnamlı qadına minnətdarlıq hissim var. Videoya baxanda görə bilərsiniz ki, onu orada anlamağa çalışdım. Mənə dedilər ki, sən getdin amma o qadını görmədin, qatar keçəndən sonra o qadın orada nə qədər ağladı. Ağladıki, hara girirdin, o qatar onu vuracaqdı. Çətin ora bir daha gedim. Amma getsəm o vyetnamlı qadını tapıb, öpüb, qucaqlayacağam (gülür)”.