TV proqram
TV proqram

Bir ay Ecedən danışmayacaqlar

Bir ay Ecedən danışmayacaqlar

Aparıcı- aktrisa Ece Erken ərinin öldürülməsindən sonra verdikləri şərhlərlə nüfuzuna xələl gətirdiyini iddia etdiyi Nihat Doğan və Seyhan Soyludan şikayətçi olub.

OLAY yazır ki, Ece sözügedən şəxslərin təqdim etdikləri verilişdə onun haqqında açıqlama vermələrindən narahat olub. Erkən Ailə Məhkəməsinə müraciət edərək müdafiə olunmasını istəyib.

Məhkəmə Soylu və Doğanın 1 ay müddətində Erkenə qarşı zorakılıq, təhqir, aşağılama etməmələrinə qərar verib.

Seyhan Soylu və Nihat Doğan qərarı pozduqları təqdirdə 3 gündən 10 günə qədər məcburi həbs cəzası alacaqlar.