TV proqram
TV proqram

“Sənətkar” sözü böyük bir söz deyil” - Teymur Əmrah

“Sənətkar” sözü böyük bir söz deyil”  - Teymur Əmrah

Əməkdar artist Teymur Əmrah açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, bu açıqlamanı isə sənətçi qonaq olduğu “Gün ortası” verilişində edib.

T.Əmrah özünü şou-biznesə aid etməyən həmkarlarına səslənib: 

“Əgər sən şou-biznesin içində estrada musiqisi oxuyub hansısa bir əxlaqsız sözdən istifadə edirsənsə, “şou-biznes” frazasına nə aidiyyəti, nə dəxli var? Mən şou-biznesdə ola-ola klassik – estrada musiqisi oxuyaruram, ancaq mənə müasir mahnılar da yazılır və mən də şou-biznesə xidmət edən insanların içində Heydər Əliyev Sarayında qala konsert verdim. “Qala” yəni 18-20 müğənnin bir konsertdə ifa etməsidir. Orada mən də çıxış etdim. O konsertdə iştirak edənlər xalq düşməni deyillər ki... Onlar da bizim mədəniyyətə xidmət edirlər. Sadəcə var – özfəaliyyət ifaçısı, keyfiyyətli özfəaliyyət ifaçısı, peşəkar ifaçı, görkəmli incəsənət xadimi. “Sənətkar” sözü böyük bir söz deyil. Özfəaliyyət də, peşəkar da, böyük magikan da ifası və və öz sənəti ilə insanların karına çatır. Şou-biznes sözü pis söz deyil”.