Bu gün Xalq artisti Nazpəri Dostəliyevanın doğum günüdür.
OLAY yazır ki, bu münasibətlə sənətçi “Qonaqcanlı” verilişində ailə üzvləri ilə birlikdə qonaq olub.
İlk dəfə olaraq onun oğlu Əkbər və nəvələri efirə çıxıb.
Oğlu anası Dostəliyevanı bu sözlərlə təbrik edib:
“Bir övladın arzusu anaya nə ola bilər… Daim işıldasız, üzü gülsün, canı sağlam olsun. Başımızın üstündən heç zaman əskik olmasın. Bizi necə böyüdübsə o cür də nəvələrini böyüdüb, boya, başa catdırsın. Anamın hər zaman xoşbəxt olmağını arzulayıram”.
Onun bu sözlərindən sonra Nazpəri kövrəlib və oğlu Əkbəri üzündən öpüb.