Bir müddətdir Mədəniyyət Nazirliyinin tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı iddialar səsləndirən müğənnilər Nura Suri və Almaxanım Əhmədi Nazirlik rəsmiləri ilə üz-üzə gəlib.
OLAY yazır ki, onlar Elçin Əlibəylinin Baku TV-də yayımlanan layihəsində bu haqda danışıb.
Canlı yayımda Nazir müşaviri Oleq Əmirbəyov və Media və Kommunikasiya Şöbəsinin Müdiri Aynur Kərimova sənətçilərin suallarını cavablandırıb.
Nura və Almaxanım M. Nurəliyeva ilə bağlı bir sıra iddialar səsləndirib.