FOX kanalında vaxtından əvvəl final edən “Maske, kimsin sen?” şousunun münsifi Alican Yücesoy açıqlama verib.
OLAY yazır ki, mükafat gecəsinə qatılan aktyor yarışmanın bitmə səbəbindən danışıb.
Yücesoy erkən finalın həm reytinq, həm də siyasi mesajlar iddiasına görə reallaşdığını qeyd edib:
“Uşaqların da izləyəcəyi pozitiv yarışma idi. Bunu siyasi tərəflərə yozanlar da oldu. 50 faiz reytinq, 50 faiz isə siyasi iddialarla bağlıdır”.