TV proqram
TV proqram

Tolikin yeni formatı necədir?

Tolikin yeni formatı necədir?

Prodüser Tarix Əliyev (Tolik) “MTV Azərbaycan” televiziyasında yayımlanan aparıcısı olduğu “Tarixin bir günü” verilişi ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki, Tolik instaqram hesabında paylaşım edərək, yeni mövsümdə proqramında olunacaq yeniliklərdən və dəyişikliklərdən məlumat verib.

“Sentyabrın 16-dan yəni bazar ertəsindən etibarən saat 12:30-dan yeni studiyada verilişimizə start verəcəyik. Proqramda yeniliklər olacaq. Həftənin üç günü musiqili qonaqlar, tanınmış similar olacaq. Digər iki gün isə müxtəlif sahələrdən olan istedadlı şəxsləri efirə dəvət edəcəyəm”, - deyə Tolik vurğulayıb.