“Lazım olan adamları 20 il əvvəl özümdən uzaqlaşdırmışam”.
OLAY yazır ki, bu sözləri “SözBaz” proqramına Xalq artisti Faiq Ağayev deyib. O, yeni yaşı haqda sualları cavablandırıb:
“50-ə qədər gözləmək olar? Onları çoxdan özümdən uzaqlaşdırmışam. Elə bir yaşdır ki, olanları adam qorumaq istəyir. Mənim elə sənətim var ki, ancaq ətrafdan sevgi alıram. Ən doğru mübarizə yolu yaxşı mahnı təqdim etməkdir, beləliklə pis mahnılara ehtiyac qalmayacaq. Biz işləyirik, çalışırıq, belə mübarizə aparırıq”.