Aparıcı Aytən Səfərova canlı yayımda göz yaşlarını saxlaya bilməyib.
OLAY yazır ki, o, aparıcısı olduğu “Xəbər ertəsi” verilişində uşaqlıq illərindən, nənəsindən danışarkən kövrəlib.
“Mənim nənəm var idi. Hər axşam onu gözləyirdim ki, kürkünün cibindən konfet çıxacaq. Darvazadan nənəmin çöhrəsini görəndə mənə sanki bütün dünya verilirdi. Bir dənə gəlin kuklası var idi. 3-4 ay dedim ki, mənə o kuklanı alın. Axırda yenə anam-atam yox, nənəm aldı. Mən müəyyən dövrlərdə internatda olmuşam. Məni nənəm gəlib götürərdi. O gəlinciyi mənə nənəm almışdı”, - deyə, Səfərova, söyləyib.