""İzmir" parkının yanından keçirdim. Gördüm ki, ana telefonla danışır, 2 övladı da yerə tökülən qara tutları yeyirlər. Ora da insanlar ayaqlarını basırlar, maşınların tozu ilə doludur. Ananın isə vecinə də deyildi".
OLAY yazır ki, bu sözləri aparıcı Elgiz Əkbər yaşadığı hadisə barədə danışarkən deyib.
"Maşını saxlayıb yaxınlaşdım ananın yanına. Məni görüb şok oldu. Dedim görmürsən uşaqların çirkin içində olan tut yeyirlər? Qarınlarına qurd düşməz? Cavabında isə dedi ki, mənim uşaqlarım öyrəncəlidir, siz gedin öz uşaqalrınızın dərdini çəkin" - deyə Elgiz bildirib.