İncəsənət
İncəsənət

Müzakirəli tamaşa beynəlxalq festivalda

Müzakirəli tamaşa beynəlxalq festivalda

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Türkiyənin İzmir şəhərində keçirilən “10-cu Beynəlxalq İzmir Teatr Festivalı”nda Azərbaycanı təmsil edəcək.

OLAY yazır ki, bu barədə teatrın instaqram hesabında məlumat paylaşılıb.

Bildirilib ki, ƏSA Teatrı festivala “Çıxış yoxdur” tamaşası ilə dəvət olunub. Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur.

Səhnə əsərində teatrın aktyorları Elşən Əsgərov, Lalə Süleymanova, Səmayə Ağayarova, İmran Lalayev, Aysel Feziyeva, Amin Əsgərov və Gülçin Qasımova çıxış edirlər.

Teatrın kollektivi dekabrın 10-da İzmir Sənət Mərkəzininin səhnəsində çıxış edəcək.