TV proqram
TV proqram

Elgiz əsəbləşdi: “Ay bədbəxt oğlunun qızı...”

Elgiz əsəbləşdi: “Ay bədbəxt oğlunun qızı...”

Aparıcı Elgiz Əkbər “Elgizlə izlə” verilişində maraqlı hadisə danışıb.

OLAY yazır ki, aparıcı vaxtilə verilişinə müraciət edən dilənçi qadının evindən öləndən sonra 200 min dəyərində qızıl tapılıb:

“Bizim verilişimizdə olan bir süpürgəçi qadın var idi. Bəzən Təzə bazarın yanında da dilənirdi. Öləndən sonra onun kiçik həyətyanı sahəsinə görə . qonşular arasında mübahisə düşmüşdü. Onu çəkməyə getmişdik. Həmin vaxt evinə baxış keçirildi və 2 kiloqram qızıl tapıldı. Hesablasaq 200 min manatlıq qızıl var idi. Qadın 70 yaşında idi. Xərcləməyib yığıb. Ay bədbəxt oğlunun qızı bədbəxt, uşaq yox, heçnə yox. Sadəcə öldü, getdi. Özümü çatdırıb deyə bilmədim ki, sən nə üçün yaşamısan bu dünyada?Nə edirdin sən? 200 minlik qızılın var, sat, evini təmir etdir, dünyanı gəz. Allah sənə nə bəxş edibsə yaşa”.