Bir müddətdir səhhətində yaranan problemlərlə mübarizə edən müğənni və aparıcı Seren Serengil xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, Bu barədə Serengilin özü məlumat yayıb.
O, deyib ki, həkimlər xəstəxanaya yerləşdirilməsini və damardan qidalanamsını uyğun görüblər:
“Müalicəm nəzarət altında davam etməlidir. Çünki ağızdan qəbul etdiyim dərmanlar və qidalar həzm olunmadığı üçün bədənimə fayda vermir. Orqanlarım pis vəziyyətdədir. Əməliyyat olunana qədər damardan qidalanacam. Ötən gün nəfəs ala bilmədim, gecə yuxumdan oyandım, amma bu gün daha yaxşıyam. Dualarınız üçün təşəkkür edirəm. Sizin dualarınız qəbul etdiyim sistemlər qədər yaxşı hiss etdirir”.
Bu açıqlamadan sonra “Al sana haber” proqramında Serengilin səhhəti müzakirə olunub. Serengil ilə adı hallanan Mustafa Tohma onun qaraciyərinin sıradan çıxdığını deyib. Həmçinin, Serenin sümüklərinin əriməyə başladığını qeyd edib.
Xatırladaq ki, sənətçi arıqlamaq üçün bir dəfə əməliyyat olunub. Bu əməliyyatın ardından hamilə olduğu dönəmdə çəkisi artan Serengil daha sonra yenidın bıçaq altına yatıb. Bu əməliyyatda isə onun mədəsi çıxıarılıb.