Müğənni və aparıcı Seren Serengil səhhətindəki problemlərlə bağlı açıqlama verib.
OLAY yazır ki, arıqlamaq üçün əməliyyat olunan, daha sonra bir sıra problemlər yaşayan Seren öd kisəsinin də çıxarıldığını deyib:
“Qarə ciyərlərimdə də problem var. Həkim əməliyyat olmasan sirroza çevriləcək, deyir. Əməliyyatı edən həkimdən və xəstəxanadan şikayətçi olacam. Bu il çəkim 43.5 və 43.7 kilo arasında dəyişir. Çəki itirməyi önəmsəmirəm. Amma qara ciyər çatışmazlığı var. Boyum da 4 santimetr qısalıb. Əvvəl 1.67 idim, indi 1.63. Şoka düşdüm. “Necə ola bilər?”,-dedim. Bir dəfə də baxdım. Sümük əriməsi başlayıb. Yemək yedikdən sonra halım dəyişir, yediyimi qaytarıram. Tualet olmayan bir yerə gedə bilmirəm. Bəzən belə xəstə insanı efirə necə çıxarırlar, deyirlər. Studiyanın arxasında kulis və tualet var. Efir zamanı 5-6 dəfə ora gedirəm. Artıq bunlardan çox yorulmuşam. İşimi görməyə çalışıram, bu qədərini edə bilirəm, iki saatlıq gəlib-gedirəm. Gəzməyə gedə bilmirəm, bu mümkün deyil. Yemək yedikdən sonra beynimə qan getmir. Bədənimdəki bütün qan bağırsağa gedir, beyinə və ürəyə yox. Ona görə nəfəs ala bilmirəm”.
Serengil deyib ki, bu günə qədər xəstəxanadan şikayətçi olmaq istəməyib:
“Mən hər gün sistem qəbul edirəm. İndi belə yaşayıram, damar vasitəsilə qidalanıram. Ağızdan qəbul edilən dərmanın da heç bir faydası yoxdur. Çünki həzm olunan yer yoxdur. Əgər bir xəstəxana və həkim səhv edirsə, problemi aradan qaldırmağa cəhd etməlidirlər. Bunlar isə telefonuma cavab vermirlər. Bu günə qədər şikayətçi olmamışdım, lakin vəziyyəti bu yerə gətirdikləri üçün şikayət edəcəm. Ən azından başqa insanlar etdirməsin. Düzdür məndə də səhv var. 60-70 kilolarda ikən belə bir şey etdirməməli idim. Amma mən öz üzərimə düşəni götürürəm. Həkim isə belə bir şeyi pul üçün etməməlidir. Bir çox qadının başına gəlib, lakin mən ekranda olduğum üçün öz səsimi insanlara çatdıra bilirəm”.
Qeyd edək ki, Serengilin ikinci əməliyyatda mədəsinin böyük hissəsi çıxarılıb.