TV proqram
TV proqram

Stallonenin həyatı realiti-şou olur

Stallonenin həyatı realiti-şou olur

Dünyaca məşhur aktyor Silvestr Stallonenin həyatı realiti-şou olacaq.

OLAY yazır ki, layihənin mövzusu sənətçi və ailəsi haqda sirli qalan məqamlardır.

“The Family Stallone” şou rəqəmsal platformada yayımlanacaq. Stallonenin həyat yoldaşı Cennifer Flavin və qızları Sofia, Sistin və Skarletin yer alacağı layihə önümüzdəki aylarda tamaşaçılarla təqdim ediləcək.

8 seriyadan ibarət realiti-şounun tanıtımında “Kino tarixində bir çox əfsanəvi rollara imza atan və 3 “Oskar” qazanan Silvestr Stallone həyatının ən böyük rolunu ekrana gətirir: ata olmaq” ifadələrindən istifadə edilib.

“The Hollywood Reporter”ə danışan aktyor “Bu realiti-şouda siz ancaq həqiqəti görəcəksiz. Bu, əla fürsət olacaq. İnsanlar fərqli bir iş görəndə dərhal düşünürlər ki, maddi probleminiz var. Amma mahiyyət tamamilə fərqlidir”, - deyə, bildirib.