Fotosessiya
Fotosessiya

25 ildən sonra itə görə boşanırlar

25 ildən sonra itə görə boşanırlar

Məşhur aktyor Silvester Stallone və həyat yoldaşı Cennifer Flavin boşanır.

OLAY yazır ki, 25 ildir evli olan cütlüyün ayrılmağına səbəb isə itdir.

76 yaşlı aktyor Rottveyler cinsi bir it satın almaq istəyib. Ancaq evini və ailəsini qorumaq üçün bu addımı atmaq istəyən sənətçiyə həyat yoldaşı qarşı çıxıb.

Onlar mübahisə etsə də, Silvester fikrindən daşınmayıb və Dvayt adlı itin sahibi olub. Bundan sonra Flavin məhkəməyə müraciət edib, Stallonenin boşanma məsələsindən film çəkilişləri zamanı xəbəri olub.

Cennifer məhkəməyə bildirib ki, aktyor pulunu uyğunsuz şəkildə xərcləyir. Stallone isə iddiaları təkzib edib.

Qeyd edək ki, 1997-ci ildə evlənən cütlüyün Skarlet, Sofia və Sistin adlı üç qızı var.