Xalq artisti Aygün Kazımova və TV - radio aparıcısı Kazım Sübhan arasındakı inciklik bitib. Belə ki, Kazım pop ulduzun ötən gün baş tutan 52 yaş partisində iştirak edib.
OLAY yazır ki, aparıcı instaqramda Kazımova ilə fotosunu paylaşaraq “ad günündən” şərhini yazıb. Bununla da, o, küsülülüyün bitdiyini elan edib.
Qeyd edək ki, K. Sübhan “Özel Tube” proqramında qonaq olarkən Xalq artistinin ona vida mesajı yazdığını, bundan sonra dostluğun bitdiyini qeyd etmişdi.