“Söylemezsem olmaz” proqramının qalmaqallı aparıcısı Seren Serengil verilişdən ayrılıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat paylaşıb.
Proqramdakı digər şərhçilər və prodüser tərəfindən psixoloji zorakılıq və mobbinqə məruz qaldığını bildirən Seren bu səbəbdən layihədən öz istəyi ilə ayrıldığını bildirib.
O, yaxın zamanda yeni işlərlə izləyicilər qarşısına çıxacağını qeyd edib.
Xatırladaq ki, Serengil verilişdə Bircan Bali və Arto ilə birgə aparıcılıq edirdi.