“Söylemezsem olmaz” verilişinin canlı yayımında gərgin anlar yaşanıb.
OLAY yazır ki, Amerikaya tətilə gedən Seren Serengil həmkarları Arto və Bircan Balini instaqramda izləmədən çıxarmışdı. Tərəflər arasında yaranan gərginlik ekranda da özünü büruzə verib.
Serenin yayımda söylədikləri Bircan Balini əsəbiləşdirib. Ona sərt cavab verən Bircana Arto da dəstək verib. Bali Serengildən əmrlə danışmamasını tələb edib. Proqramın irəliləyən dəqiqələrində Seren çənəsinin kilidləndiyini deyib və proqramdan ayırılıb.