Olay
Olay

Hadisə 200 minlik təzminat istəyir

Hadisə 200 minlik təzminat istəyir

Müğənni Hadisə 2009-cu ildə qatıldığı "Eurovision" mahnı müsabiqəsində birinci olmaması haqda tənqidlər səsləndirən aparıcılar Bircan Bali və Artonu məhkəməyə verib.

Olay.az türk mediasına istinadən xəbər verir ki, müsabiqə ilə bağlı bu günlərdə danışan Bircan Bali gözlənilməz açıqlama verib.

Bircan canlı yayım zamanı "Hadisənin özəl günü idi, yoxsa birinci olardı" sözlərini deyib. Arto isə Balinin sözlərinə qarşılıq verərək "Budur, qarşınızda Haydar Dümen" deyərək, gülüb.

İkili arasındakı dialoq gündəmdən uzun müddət düşməyib. İfaçı Bircan Balini psixoloji şiddətə məruz qaldığını deyərək, məhkəməyə müraciət edib. Məhkəmə Hadisənin iddiasını ilk vaxtlar rədd edib.

Hadisə yenidən məhkəməyə üz tutub. O, Arto və Bircan Balidən 200 min lirə təzminat istəyib.