TV proqram
TV proqram

Faiq Ağayevə görə səhərə kimi yuxusuz qalıbmış

Faiq Ağayevə görə səhərə kimi yuxusuz qalıbmış

Aparıcı Zümrüd Bədəlova Xalq artisti Faiq Ağayevə görə yuxusuz qaldığını etiraf edib.

OLAY yazır ki, bu barədə o, aparıcısı olduğu “Xəbər-ətər” verilişində danışıb.

“Faiq Ağayevə görə bir gün səhərə kimi işdə gecələmişəm. 17 yaşım olardı. Dedilər ki, bu xəbərləri saxlayın, gələn həftəyə qalsın. Dedim ki, nə danışırsınız? Xəbərin mahiyyəti itəcək. Hansısa klipinizin təqdimatı idi və bir jurnalistlə sözünüz çəp düşmüşdü. Dedilər ki, montajçı gəlmir, get nə edirsənsə, et. Çox şükür, kompüterdə kəsib-birləşdirməyi bilirdim. Bircə çox şeyə effekt verə bilməmişdim. Səhərə kimi yatmadım, işdə oturdum”, - deyə, Zümrüd əlavə edib.

Faiq isə “Bilmirdim ki, mənə görə belə stress yaşamısan, halal et”, - deyə, bildirib.