Ötən gün 60 illik yubileyini qeyd edən Əməkdar artist Çingiz Əhmədov bu gün dünyaya gələn qız nəvəsi haqda danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Bir axşam səhnədə” verilişində söz açıb.
“Mən Aydana gəlinim kimi baxmıram, o, mənim ikinci qızımdır. Onların xoşbəxtliyi mənimçün başqa bir aləmdir. Bu gün də mənim üçün bayramdır ki, ailəmizdə bir oğlaq bürcü də dünyaya gəldi. İnşallah, iki gün ard-arda doğum günü qeyd edəciyik. Balaca Mehribanım gəldi…”, - deyə, Əhmədov bildirib.