Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, vəkil Zülfiyyə Bayramova ilk dəfə birinci evliliyi haqda danışıb.
OLAY yazır ki, o, boşanması barədə “Bizimləsən” verilişində söz açıb.
“Mən uşaqlarımla bağlı bütün xəyallarımı tək qurmuşdum. Amma qarşıma İlqar çıxdı. Və bu gün peşman deyiləm, xoşbəxtəm. Həmişə də deyirəm, yaxşı ki, İlqara qədər olan insanı itirdim. İtirdim ki, İlqarla qaşılaşdım”, - deyə, Bayramova bildirib.
Qeyd edək ki, cütlük 2013-cü ildə ailə qurub. Bu hər ikisinin ikinci evliliyidir.