Müğənni Doğuş anası Nurhayat Yamıkın qarşısında diz çökərək, göz yaşlarına boğulub.
OLAY yazır ki, hadisə “Günaydın Azərbaycan” verilişində baş verib.
Uşaqlıqdan küçələrdə böyüyən ifaçı valideynini övladları dünyaya gəldikdən sonra bağışladığını bildirib:
“Hər kəsin ziyarətçisi gələrdi, bir məndən başqa. Allah heç kimi anasız-atasız qoymasın. Danışmaqla bitmir, heç vaxt da bitməyəcək . Amma, həqiqətən, Allahın izni ilə anamı bağışladım, övladlarım dünyaya gəldikdən sonra bağışladım”.
Xatırladaq ki, əsl adı Orhan Baltacı olan sənətçi Almaniyada dünyaya göz açıb. Ailə problemləri səbəbindən illərlə küçələrdə böyüyüb. Uzun müddət sonra anası Nurhayat xanım ortaya çıxaraq “Onu heç vaxt tərk etmədim, alman hökuməti əlimizdən aldı”, - deyə, açıqlama vermişdi.