Uşaqlıqdan küçələrdə böyüyən Doğuşun illər sonra ortaya çıxan anası Nurhayat Yamık canlı efirə gəlib.
OLAY yazır ki, o, müğənninin həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə birgə aparıcılıq etdiyi “Günaydın, Azərbaycan” verilişinə qonaq olub.
Doğuş Xoşqədəmin “Sən 4 yaşından ana, ata sevgisindən uzaq, küçələrdə böyümüsən. Necə olub ki, bu qədər ana sevgisi ürəyində var” sualına belə cavab verib:
“Məni 9 ay bətnində daşıyıb, onun haqqını necə ödəyərəm? Nələr çəkib mənim qərib anam... Oradan-oraya atılıb. Mən kiməm ki, anama pis nəsə deyim?”.
Xatırladaq ki, əsl adı Orhan Baltacı olan sənətçi Almaniyada dünyaya göz açıb. Ailə problemləri səbəbindən illərlə küçələrdə böyüyüb. Uzun müddət sonra anası Nurhayat xanım ortaya çıxaraq “Onu heç vaxt tərk etmədim, alman hökuməti əlimizdən aldı”, - deyə, açıqlama vermişdi.