Stilist Anar Ağakişiyev küsülü olduğu müğənni Nigar Camalın “10 il sonra” klipindəki Merilin Monro obrazı barədə danışıb.
OLAY yazır ki, “7 özəl” proqramında bu barədə söz açan Anar onun bu tərzini bəyənmədiyini bildirib:
“Nigarın çox gözəl bədən quruluşu var, üz cizgiləri də ələyatımlıdır. Buradakı saç Merilin Monronun saçı deyil, kobud və qısa kəsilmiş parikdir. Saç yaraşmırdı. Ağ saçların fonunda qara qaşlar süni görünürdü. Merilin Monroda ağ-qara fotolar olurdu deyə, qaşı elə də gözə çarpmırdı. Sıralamada Nihat Odabaşının çəkdiyi klipi olsaydı, birinci yerə qoyardım. Bu xanım da bir “şapalaq” vurdu, ondan sonra alınmır. Bəyəndiyim klipi və mahnısı Nihat çəkdiyidir (“Herhalde” – red.), bir də Xocalı ilə bağlı layihəsi möhtəşəm idi. O cür layihələrdən sonra Merilin obrazı ucuz görünür. Bunu pis mənada demirəm. Ona yapışmayıb. Sənət, şou, populyarlıq bir yarışdır.Əgər bu yarışa daxil olmusansa, ya liderliyi qoruyub saxlayacaqsan, ya da ki, neytrallığını qoruyub, sağda bir kənarda durub, digərlərinin yarışını izləyəcəksən”.