Əməkdar artist Kübra Əliyeva yaxın dostu və həmkarı mərhum Əməkdar artist Elçin Həmidovla bağlı xatirələrini bölüşüb.
OLAY yazır ki, bu haqda sənətçi “O üz” verilişinə qonaq olarkən danışıb.
Aktrisa E.Həmidovun qızıllarını tualetdə sifonun içində gizlətdiyini bildirib:
“O hamıya deyirdi ki, mən qızıllarımı tualetdə sifonun içinə qoymuşam. Tez-tez halı pisləşirdi, özündən gedirdi. Teatrda bütün aktyorlar başına yığılırdı, müalicə etdirirdik”.
Qeyd edək ki, “Məzi” obrazı ilə tamaşaçıların sevgisini qazanan aktyor 2011-ci ildə qəflətən dünyasını dəyişib.