Xalq artisti Arif Babayev kövrək anlar yaşayıb.
OLAY yazır ki, xanəndə işğaldan azad olunduqdan sonra doğulduğu Ağdam rayonu Sarıhacılı kəndinə getməsindən danışıb.
Bu haqda sənətkar “Günaydın Azərbaycan” verilişinə müsahibəsində bildirib. Babayev valideynlərinin məzarını ziyarət etmək istədiyini, lakin bu arzusuna çatmadığını qeyd edib:
“Birinci növbədə fikirləşirdim ki, ata-anamın qəbri üstünə gedim. Olmadı... Ata-anamın qəbrini şumlayıblar, tapa bilmədik...”.