Musiqi
Musiqi

“Müğənnilər düz edib başqasının ailəsinə sahib çıxır”

“Müğənnilər düz edib başqasının ailəsinə sahib çıxır”

Əməkdar artist Nigar Şabanova instaqram hesabında həyat yoldaşının fotosunu silməsi və soyadını dəyişməsi barədə danışıb.

OLAY-a açıqlama verən xanəndə bildirib ki, bu, texniki problemlə əlaqəlidir:

“Mən onun fotosunu profilimdə çox saxlamıram. Pis şərhlər yazırlar, ona görə silirəm. İnstaqramda soyadmı dəyişmişəm, texniki problem yaranır, yenidən əvvəlki kimi olur. Dünən bir neçə dəqiqə “Şabanova” kimi yazıldı. Mənim xəbərim yox idi. Dəfələrlə belə olub. Niyə bizi gözdən salırlar? Nə etmişik? Kiminsə ailəsini dağıdıb, ərinə getmişəm? Halal ailəmdir. Bəzi müğənnilər düz edir ki, kiminsə ailəsinə sahib çıxırlar. Onda yaxşı kimi qəbul edilirlər. Həm onun işi, həm də pis şərhlərlə əlaqədar fotosunu sildim. O belə şeyə öyrəşməyib, ona görə deyir ki, sil. Mən də söyləyirəm ki, mən silməklə deyil, başqa səhifələrdə qalıb”.

Qeyd edək ki, xanəndə ötən gün həyat yoldaşı Xəyyam Qaragözovla fotosunu silmiş, soyadını dəyişmişdi.

Samirə Ərəblinski