Ötən gün bir neçə azərbaycanlı sənətçi yeni layihəsini təqdim edib.
OLAY yazır ki, müğənni Çingiz Mustafayev Cahangir Cahangirov və Zeynal Cabbarzadənin ölümsüz əsəri “Ay qız”ı fərqli tərzdə səsləndirib. O, ifasına klip çəkdirib və yutub kanalında yerləşdirib.
Bəstəkar və müğənni Pərviz Mahmudov musiqisi özünə, sözləri Mətanət Pirquliyevaya məxsus “Ölmədik biz” adlı mahnısına çəkilən klipi təqdim edib. Pərvizin ekran işində Əməkdar artist Münəvvər Əliyeva və aktyor Fərhad Mahmudov rol alıb.
Meyxanaçı Namiq Qaraçuxurlu sözü və musiqisi özünə məxsus olan “Sözlüm” adlı mahnısını yutubda yerləşdirib.