Müğənni Damla yeni klipini təqdim edib.
OLAY yazır ki, sənətçi bu dəfə “Mən razı” mahnısı üçün kamera qarşısına keçib. Klipin çəkilişləri meşədə aparılıb. Layihənin rejissoru Xəyal Hüseyndir.
Mahnının söz və musiqisi Ülvi Qurbanova məxsusdur. Yeni klip artıq Damlanın rəsmi yutub kanalında yerləşdirilib.
Qeyd edək ki, Damla daha əvvəl başqalarının 6/8 ritmində mahnısını oxuyub. Lakin bu onun özünə məxsus olan ilk belə ifasıdır.