Türkiyədə keçirilən “Noah” festivalında müğənni Aleyna Tilki və reper Murda arasında dava olub.
OLAY yazır ki, bu barədə “Pop Bizde” məlumat yayıb. Tilki “Kadıköydəki səhnəmlə bağlı ehtiyaclarıma həssaslıq göstərmədikləri və müüqaviləyə əməl etmədikləri üçün səhnəyə çıxmıram” deyə, paylaşım edərək konsert verməyib.
Sonradan məlum olub ki, o, reper Murda ilə “səhnəyə ən sonda mən çıxacağam” davası aparıb. Murda təklifi qəbul etməyib, buna görə də Aleyna konsertini ləğv edib.