Ukrayna “Avroviziya - 2023” təmsilçisi üçün hərəkətə keçib.
OLAY yazır ki, onlar Böyük Britaniyada keçiriləcək olan müsabiqəfə iştirak edəcək sənətçi axtarışındadır. Müraciətlər oktyabrın 15-nə qədər qəbul ediləcək.
Çünki təmsilçinin dekabr ayına kimi tapılması gözlənilir. Milli seçimin prodüseri isə musiqiçi və televiziya xadimi Dmitri Şurovdur. Milli seçim mərhələsinin finalı Kiyevdə baş tutacaq. İzləyicilər onlayn səsvermə ilə seçimlərini edəcəklər.
Qeyd edək ki, bu ilin qalibi Ukraynanın “Kalush Orkestra” qrupudur.