Türkiyənin məşhur müğənnisi Fatih Ürek uzun fasilədən sonra Azərbaycana gəlir.
OLAY yazır ki, sənətçi paytaxt restoranlarından birində iki gün səhnəyə çıxacaq.
Onun çıxışının 12-13 noyabrda baş tutacağı planlaşdırılır.
F. Ürek də yarım milyonluq instaqram hesabında konsertinin afişasını paylaşaraq Azərbaycana gələcəyini elan edib.
Qeyd edək ki, populyar sənətçi sonuncu dəfə 2018-ci ildə Bakıda konsert verib.