Olay
Olay

Bakıya axışırlar... - Biletin qiyməti 300 AZN-dir

Bakıya axışırlar... - Biletin qiyməti 300 AZN-dir

Xəbər verildiyi kimi, oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin, konsert zallarının fəaliyyəti bərpa edilib.

OLAY yazır ki, bu xəbərdən sonra məşhurların konsert tarixləri müəyyənləşməyə başlayıb. Eləcə də, yaxın günlərdə paytaxtımızı ziyarət edəcək musiqiçilərin də adları məlum olub.

9 oktyabrda rusiyalı ifaçı Brendon Stoun Bakıda konsert verəcək. Onu izləmək istəyənlər 100 və ya 300 manatından keçməlidir.

25 noyabrda Rusiyada məşhurlaşan müğənnilərimiz Rauf və Faikin də konserti keçiriləcək. Konsertin bilet dəyəri 40 manatdır.

Cem Adrianın konserti isə 4 dekabrda baş tutacaq. Konsertin qiymətləri 40-200 manat arasındadır.

25 dekabrda məşhur türkiyəli qrup “Mor ve ötesi” də Bakıda səhnə alacaq. 55 və 200 manat olaraq qiymətləndirilən biletlər artıq satışdadır.

Rusiyalı müğənni Valeriy Meladzenin konsertinin vaxtı dəqiqləşdirilməsə də, onun konsertinin keçiriləcəyi barədə bilet saytlarında anonslar yer alıb.

Həmçinin, türkiyəli ifaçılar Petek Dinçöz və Burayın da Bakıya gələcəyi bildirilir.