Xəbər verdiyimiz kimi, bu gün estrada müğənnisi Sevda Yahyayevanın toyudur.

OLAY yazır ki, 35 yaşlı sənətçi həkim Zakir Bayramovla ailə həyatı qurur. Bakının məşhur restoranlarından birində baş tutan məclisə şou, mədəniyyət, televiziya sahəsinin məşhur simaları qatılır. 

Pop ifaçısı 150 nəfərin iştirak etdiyi məclisdə iki gəlinlik geyinməsi planlaşdırır. 

Sevdanın toyundan - İlk fotolar

Cütlük tədbirin baş tutduğu məkanda KİV qarşısına çıxaraq onların suallarını cavablandırıblar.  

Qeyd edək ki, Sevda və Z. Bayramov ötən ilin martında nişanlanmışdı. Onlar həmin rəsmi nikah bağlamış, böyük toy məclisini pandemiyadan sonra keçirəcəklərini bildirmişdilər. 

Samirə Ərəblinski

Sevdanın toyundan - İlk fotolar 

Sevdanın toyundan - İlk fotolar 

Sevdanın toyundan - İlk fotolar