“Avroviziya – 2023” səhnəsi Ukraynaya uyğun hazırlanacaq.
OLAY yazır ki, bununla bağlı sözügedən ölkənin mədəniyyət naziri Oleksandr Thachenko məlumat yayıb.
O bildirib ki, səhnə Ukrayna mövzusunda olacaq. Həmçinin, müsabiqədə ukraynalı aparıcılar və ölkənin şəhərlərinin görüntüləri yer alacaq.
Qeyd edək ki, bu il Avroviziyanın qalibi Ukrayna olsa da, müharibə şəraətinə görə, müsabiqənin ev sahibi 2023-də Böyük Britaniyadır.