Bukmeyker proqnozlarında birinci olan və favorit ölkələrdən biri hesab edilən Ukrayna qalib gəlsə, Avroviziya -2023 böyük beş ölkədən birində keçirilə bilər.
OLAY yazır ki, bu barədə qərb KİV-i məlumat yayıb. Qeyd olunub ki, ev sahibi olmaq üçün Böyük Britaniya, İtaliya, Fransa, İspaniya və Almaniyanın addım atması gözlənilir.
Qeyd edək ki, 2000-ci ildən etibarən Avropa Yayım İttifaqının qərarına əsasən Almaniya, Böyük Britaniya, Fransa və İspaniya hər il Avroviziyada birbaşa finalda iştirak etmək hüququ qazanırlar. Bu ölkələrə müsabiqədə eyni zamanda “Böyük Dördlük” ölkələri də deyilirdi. Böyük Dördlük ölkələrinə birbaşa finalda iştirak hüququnun verilməsinə əsas səbəb isə dörd ölkənin müsabiqənin əsas maliyyə dəstəkçiləri olmaları və eyni zamanda müsabiqəyə ən çox reytinq qazandıran ölkələr olmalarıdır.
14 illik fasilədən sonra 2011-ci ildə Avroviziyaya geri dönən İtaliya da Böyük Dördlük ölkələrinə qoşulub və həmin ildən etibarən Böyük Dördlük statusu “Böyük Beşlik” ilə əvəz olunub.