Ukraynanın “Avroviziya – 2022” qalibi “Kalush Orketsra” yarışmanın Böyük Britaniyada keçirilməsinə münasibət bildirib.
OLAY yazır ki, bu barədə qrupun solisti Oleq Psyuk açıqlama verib.
O, deyib ki, müsabiqə ölkəsində keçirilmədiyi üçün kədərlidir:
“Lakin Böyük Britaniyaya ölkəmizi dəstəkləmək məqsədilə təşkilatçılığı qəbul etdikləri üçün minnətdarıq. Biz də “Avroviziya – 2024”ün sülhsevər bir ölkədə keçirilməsi, Ukraynanın gələn il də qalib olması üçün çalışacağıq”.
Qeyd edək ki, “Kalush Orkestra” bu il “Stefania” mahnısı ilə yarışıb.