Musiqi
Musiqi

Ukrayna Avroviziyaya gedəcək - İcazə verildi

Ukrayna Avroviziyaya gedəcək - İcazə verildi

Ukrayna hökuməti “Kalush Orchestra” Ukraynadan çıxmağa və Avroviziyada çıxış etməsinə icazə verib.

OLAY yazır ki, bu barədə ölkənin dövlət kanalı məlumat yayıb. Qeyd edilib ki, qrup Rusiyanın Ukraynaya hücumundan sonra ilk dəfə Lvovda görüşüb və hazırda müsabiqə çıxışları üzərində fəal işləyir.

“Son həftələrdə “Kalush Orchestra”nın Avroviziyada iştirakı müzakirə olunub. Ukraynadakı vəziyyətlə əlaqədar xaricə səyahət üçün çoxlu sayda sənədlər hazırlanırdı. Amma indi əminliklə deyə bilərik ki, qrup canlı ifa etmək üçün Turinə gedəcək”, - deyə qrupun solisti Oleq Psyukməlumat verib. 

“Kalush Orchestra” həmçinin müharibədən zərər çəkmiş Ukrayna şəhərlərinin bərpasına kömək etmək üçün vəsait toplamağı planlaşdırır və bir çox tanıtım konsertlərində iştirak edəcək.