Əməkdar artist Sevda Ələkbərzadə sentyabrda yeni albom çıxardacağını bildirib.
OLAY yazır ki, ifaçı bu barədə öz instaqram hesabında video paylaşaraq məlumat verib.
Sevda “Sentyabr ayında yeni albom çıxardacam. Türkiyənin çox məşhur və peşəkar caz musiqiçilərindən təkliflər almışam. Düşünürəm ki, türk və yerli etnik cazın sintezi çox maraqlı olacaq. Hələ ki ad açıqlamıram, amma siz yeni musiqiçilər kəşf edəcəksiz”, - deyə, qeyd edib.