Olay
Olay

Xoşqədəm yeni vəzifəsindən danışdı

Xoşqədəm yeni vəzifəsindən danışdı

Aparıcı Xoşqədəm Hidayətqızı ARB TV-də vəzifəyə getməsi barədə açıqlama verib. 

OLAY Yazır ki, o, “Günə doğru” proqramına canlı bağlanaraq məsuliyyətli olacağını, gələn ay “Səni Axtarıram” proqramının yayıma başlayacağını bildirib:

“ARB gənc kanal olsa da, inkişaf edir. Qısa müddətdə böyük uğurlar əldə edib, Belə bir kanalda vəzifəyə təyin olunmaq məsuliyyətdir. Rəhbərliyə təşəkkür edirəm. İnanıram ki, etimadı doğruldacam. On iki ildir reytqinlərdə birinci olan, televiziya məkanının ən uzun ömürlü sosial layihəsinin bu kanalda olması da mühüm hadisədir. Həftənin beş günü saat 4-dən 7-ə qədər  tamaşaçıların görüşünə gələcəyik.

Təbii ki, dəyişikliklər edəcəyik, yarım qalan işlərimizi tamamlayacağıq. Bu kanalda bütün izləyicilərimizin bizi izləməsi də böyük məsuliyyətdir. Dünyanın müxtəlif ölkələrində bizi gözləyib, axtaran tamaşaçılarımız ARB-ə baxacaqlar. Gələn ay efirə qayıdacağıq, studiyamız hazırlanır, komanda işləyir”.