Musiqi
Musiqi

Ukraynada rus musiqisinə qadağa

Ukraynada rus musiqisinə qadağa

Ukraynada rus dilində mahnılar qadağan ediləcək.

OLAY yazır ki, bazar günü Ukraynada millət vəkilləri tərəfindən təsdiqlənən qanun layihəsinə əsasən, bəzi rus musiqilərinin televiziya, radio, məktəblər, ictimai nəqliyyat, otellər, restoranlar, kinoteatrlar və digər ictimai yerlərdə səsləndirilməsi və ya ifasına icazə verilməyəcək.

Qadağa bütün rus musiqilərinə deyil, 1991-ci ildən sonra Rusiya vətəndaşlarının bəstələdiyi və ya ifa etdiyi bəstələrə şamil ediləcək. Rusiyanın Ukraynadakı müharibəsini pisləyən sənətçilər qadağadan azad olmaq üçün müraciət edə biləcəklər.

Qanunvericiliyə uyğun olaraq Rusiya və Belarusdan kitabların idxalı da qadağan olunacaq.