Musiqi
Musiqi

Aldığı “Nəfəs”i belə kopiyaladı - VİDEO

Aldığı “Nəfəs”i belə kopiyaladı - VİDEO

Müğənni Nəfəsin “Dərdli ürəyim” klipinin plagiat olduğu üzə çıxıb.

OLAY-ın məlumatına görə, ifaçının bir ay öncə təqdim etdiyi ekran işini məşhur livanlı müğənni Nensi Ajramın “Ma Tetezer” klipindən oğurlanıb.

Layihədə ssenari ilə yanaşı, geyimlər, saç düzümü də kopiyalanıb. Hər iki ekran işində həyat yoldaşı narkoman olan iki qadından və onların çəkdiyi əzabdan bəhs edilir. Klipdə istifadə olunan dialoqlar, səhnələr də eynidir.

Qeyd edək ki, “Dərdli ürəyim”i Xəyal Hüseyn ekranlaşdırıb.