Musiqi
Musiqi

Aleyna bir ilkə imza atdı

Aleyna bir ilkə imza atdı

Türkiyəli gənc ifaçı Aleyna Tilki daha bir uğura imza atıb.

OLAY yazır ki, müğənni “Spotify” musiqi platformasında ən güclü qadınların yer aldığı “EQUAL” pleylistində sadəcə Türkiyə yox, qlobal siyahının da üz qabığında fotosu yayımlanıb.

Aleyna bununla bağlı instaqramda məlumat yayıb. O bildirib ki, “EQUAL”ın siması olan ilk türk qadındır. Sənətçi həm də ingilis dilində müsahibə verdiyini, yaxın zamanda yayımlanacağını söyləyib. 

Qeyd edək ki, Aleyna ötən günlərdə “Take it or leave it” adlı ingilis dilində mahnısını dinləyicilərinə təqdim edib.