“Əsarət görən mahnılarımdan biri: “Köçəri quşlar”. Oxudum, yozdular ki, Flora yenə qürbətə köçür”.
OLAY yazır ki, bu sözləri instaqramda Xalq artisti Flora Kərimova paylaşıb.
O məşhur ifasından bəhs edərək bunları deyib:
“Beləcə mahnı nəinki qürbət, heç gün işığı da görmədi! Unudulmağa laiq mahnı deyildi. Ona görə Hüseynağa Hadiyevə təklif etdim ki, o ifa etsin. Oxudu və mahnı sevildi. İllər sonra yada düşdü ki, bu mahnını Flora da nə zamansa ifa edib”.